Şəhid Toğrul Fərəczadəyə həsr olunmuş kitab nəşr olundu

Şəhid Toğrul Fərəczadəyə həsr olunmuş kitab nəşr olundu
19:32 13 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il aprel döyüşlərində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Toğrul Fərəczadə haqqında kitab nəşr olunub.

Milli.Az bildirir ki, gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab "Da. Heykəlin nağılı" adlanır. Kitabda şəhid Toğrul Fərəczadə, onun mənalı ömür yolu haqqında fikirlər və şəkilləri, həmçinin ailə üzvləri, hərbçi yoldaşlarının da onun qəhrəmanlığı barədə xatrələri yer alıb.

Bununla yanaşı kitabda şəhidimizin şəxsi əşyalarının fotoları da verilib.

Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında Toğrul Fərəczadənin Azərbaycanın üçrəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib.

Aprelin 1-də Ağsu rayon Mədəniyyət Evində kitabın təqdimat mərasimi keçiriləcək. 

Qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb.

Xatırladaq ki, bu kitab gənc yazar Rəfiqə Rafiqqızının işıq üzü görən ikinci kitabıdır.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR