Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Wi-Fi” sistemi istifadəyə verilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında  “ASAN Wi-Fi” sistemi istifadəyə verilib
19:37 13 Mart 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında  “ASAN Wi-Fi” sistemi istifadəyə verilib.
Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.
Qeyd edək ki, “ASAN Wi-Fi” layihəsi 2016-cı il 10 avqust tarixində Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevə təqdim olunub. 2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıbr. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/heyder-eliyev-beynelxalq-hava-limaninda-asan-wi-fi-sistemi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR