Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi - Bayülgen fotoqraf oldu

Tarkanın rejissoru məşhurlarımızı reklama çəkdi - Bayülgen fotoqraf oldu
19:42 13 Mart 2017
155 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Türkiyənin məşhur aparıcısı Okan Bayülgen və aparıcı-rejissor Metin Arolat Bakıya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onların Azərbaycana gəlmə səbəbi isə yuyucu maddələrin reklam çəkilişində iştirak etməsidir.

Reklam çarxının rejissoru Metin Arolat, fotoqrafı isə Okan Bayülgendir.

Bu məqamda qeyd edək ki, tanınmış markanın yerli simaları da müəyyənləşib. Onlardan biri əməkdar artist Dilarə Əliyeva, digəri isə Kəmalə Piriyevadır. Hər iki tanınmış ayrı-ayrı məhsulların siması seçiliblər.

Artıq Bakıdakı çəkilişlər başa çatıb, reklam çarxı bir neçə gün sonra yayımlanmağa başlayacaq.

Xatırladaq ki, Metin Arolat meqstar Tarkanın bir çox kliplərinin rejissorudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/525721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR