Çay yaşıl rəngə boyandı -

Çikaqo hər il olduğu kimi, bu il də Müqəddəs Patrik günü münasibətilə keçirilən mərasimə ev sahibliyi edib.

Metbuat.az-ın məlumatına görə, havanın soyuq olmasına baxmayaraq, minlərlə amerikalı səhər saatlarından etibarən küçələrə axışıb. Adət bu dəfə də yerini tapıb. Çikaqo çayının yaşıl rəngə boyanması üçün atmosferə heç bir zərəri olmayan, xüsusi formula ilə hazırlanmış maddə qayıqlar vasitəsilə suya buraxılıb. Qısa müddət ərzində yaşıllaşan çayın şəklini çəkmək istəyənlər bir-birləriylə yarışıblar.

Mərasim minlərlə insanın qatıldığı yürüyüşün ardından başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR