"Nasist" bənzətmələri qəbuledilməzdir" -

Daha öncə xəbər verdiyimiz kimi, Hollandiyanın Türkiyə Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə icazə verməməsi və onu "persona non grata" elan etməsi iki ölkə arasındakı diplomatik münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Hollandiyaya qarşı sanksiyalar tətbiq edəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan hətta onları "nasist" adlandırmaqdan belə çəkinməmişdi.

Metbuat.az-ın məlumatına görə, son olaraq iki ölkə arasındakı vəziyyəti dəyərləndirən Almaniya kansleri Angela Merkel Hollandiyaya dəstəyini nümayiş etdirib:

"Nasist" bənzətmələri qəbuledilməzdir. Belə açıqlamaları düzgün hesab etmirəm.

Hollandiyaya dəstəklərimizi çatdırırıq. Ölkələrimiz arasındakı həmrəylik davam edəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR