BMT əməkdaşları oğurlandı

BMT əməkdaşları oğurlandı
20:19 13 Mart 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Konqo Demokratik Respublikasında naməlum şəxslər  BMT-nin iki əməkdaşını oğurlayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ və İsveç vətəndaşları olan BMT əməkdaşları ilə birgə dörd Konqo vətəndaşı da oğurlanıb.

 

Məlumata əsasən, hazırda güc strukturları və Konqo Demokratik Respublikasındakı BMT missiyası oğurlanan şəxslərin azad edilməsi istiqamətində tədbirlər həyata keçirir.

 

İnsidentin nə vaxt baş verdiyi açıqlanmır. BMT missiyası faktla bağlı hələ ki, şərh verməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR