43 mindən çox "Skoda" avtomobili geri çağırıldı

43 mindən çox "Skoda" avtomobili geri çağırıldı
20:52 13 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

"Volksvagen Qrup Rus" şirkəti Rusiyada istehsal olunmuş 43 mindən çox "Skoda" markalı avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, geri çağırılan avtomobillər 2012-2016-cı illərdə istehsal olunan modellərdir.

Bu addıma səbəb avtomobillərin hidrosistemində yüksək təzyiqlə əlaqədar akkumulyatorun mümkün zədələnməsi göstərilib.

Geri çağırılmış avtomobillərdə ötürmələr qutusunun proqram təminatının yenilənəcəyi bildirilib.

Avtomobil sahibləri üçün təmir işləri ödənişsiz şəkildə həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR