Azərbaycan Rusiyada keçiriləcək "Turizm və Səyahətlər" sərgisində iştirak edəcək

Azərbaycan Rusiyada keçiriləcək "Turizm və Səyahətlər" sərgisində iştirak edəcək
20:52 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Rusiya paytaxtında yerləşən “Expocentre”də martın 14-dən 16-dək XXIV beynəlxalq “Turizm və Səyahətlər” (MITT-2017) sərgisi keçiriləcək.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 57 min kv.m sahəni əhatə edən sərgidə bu il təkliflərini 76 ölkə və 60 Rusiya regionları təqdim edəcək. Forumun açılış mərasimində Rusiyanın mədəniyyət nazirinin müavini Alla Manilova iştirak edəcək.
Təşkilatçılar bildiriblər ki, bu il sərgidə iştirak edənlərin sayında xeyli artım var. Belə ki, bu ilki iştirakçı sayı 2014-2015-ci illərdə olan göstəriciyə yaxınlaşıb və təxminən 2 min şirkət təşkil edib. Bundan başqa, əvvəllər təqdim olunmayan 150-dən çox yeni şirkət MITT-20177-də qatılacaq.
Bununla yanaşı, Avropa və Aralıq dənizi ölkələri sərgidə iştirakını artırıb. İtaliya, İspaniya, Yunanıstan, İsrail, Bolqarıstan, Kipr, Portuqaliya, Sloveniya, Çexiya və Çernoqoriya sərgi ziyarətçilərini milli pavilyonları ilə qarşılayacaq.
Sərgidə qonşu ölkələrdən - Belarus, Azərbaycan, Ermənistan,Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digərləri isə geniş ekspozisiyalar təqdim edəcək. İlk dəfə olaraq MITT-2017-də ayrı-ayrı ekspozisiyalarla Fələstin, eqzotik Burundi, ispan kurortu Marbelya, Hindistan ştatı Andxra Pradeş də qatılacaq. 
Xatırladaq ki, MITT dünyanın ən böyük turizm sərgilərinin beşliyinə daxildir. Burada demək olar ki, dünyanın bütün milli turizm təşkilatları iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycan-rusiyada-kecirilecek-turizm-ve-seyahetler-sergisinde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR