Millimizin heyəti müəyyənləşdi -

Martın 15-dən 18-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan U-19 yığmasının heyəti açıqlanıb. Toplanışda 21 oyunçu iştirak edəcək: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Ərziman Rizvanov (hamısı “Neftçi”), Elvin İmanlı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli, Nadir Qasımov (hamısı “İnter”), Məmməd Hüseynov, Əsgər Hüseynov, Famin Əliyev (hamısı “Qarabağ”), Əli Sadıxov, Fərid Nəbiyev (hər ikisi “Qəbələ”), Süleyman Əhmədov, İsmayıl Babayev (hər ikisi “Sumqayıt”).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR