Türkiyə qaçqınlarla bağlı Aİ ilə razılaşmalara yenidən baxa bilər

Türkiyə qaçqınlarla bağlı Aİ ilə razılaşmalara yenidən baxa bilər
20:57 13 Mart 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə qaçqınlarla bağlı Avropa İttifaqı (Aİ) ilə razılaşmalara yenidən baxa bilər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik deyib.

Nazir bildirib ki, qaçqınların Avropadan geri qəbulu, Türkiyə ilə viza rejiminin aradan qaldırılması, eləcə də miqrantları yerləşdirdiyi üçün bu ölkəyə 3 milyard avronun ayrılması kimi məsələlərin yer aldığı razılaşmalara Aİ əməl etmir. Bu səbəbdən də Türkiyənin qurum qarşısında heç bir öhdəliyi yoxdur.

Nazirin sözlərinə görə, indiyə qədər Türkiyənin qaçqın siyasəti sadəcə insanlıq prinsipinə əsaslanıb. Amma bundan sonra problemə, xüsusilə də qaçqınların quru yolu ilə Avropaya keçməsi məsələsinə yenidən baxılmalıdır.

Qeyd edək ki, türkiyəli nazir bu bəyanatı Niderlandla yaşanan son gərginlik fonunda verib.

Martın 11-də Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.

Rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzr istəməsini tələb edib. Niderland hökuməti isə Türkiyədən üzr istəməyib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR