Almaniyadan vətəndaşlarına Türkiyə XƏBƏRDARLIĞI

Almaniyadan vətəndaşlarına Türkiyə XƏBƏRDARLIĞI
21:03 13 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Xarici İşlər Nazirliyi Türkiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik Almaniya vətəndaşları üçün potensial təhlükənin olduğunu bildirib.

“Seçki kampaniyasının gedişatında siyasi gərginlik və etirazların artmasını nəzərə almaq lazımdır. Bu gərginlik Almaniyaya qarşı yönələ və Türkiyədə olan alman turistlərinə toxuna bilər”, - Xarici İşlər Nazirliyinin informasiya bülletenində deyilir.

Nazirlik alman turistlərə bütovlükdə siyasi tədbirlər və toplantılardan uzaq durmağı məsləhət görür.

Qeyd edək ki, Almaniya və Türkiyə arasında münasibətlər 2017-ci il fevralın 27-də İstanbulda türk mənşəli alman jurnalisti Dəniz Yucelin həbs edilməsi ilə gərginləşib. “Die Welt” qəzetinin müxbiri terror təşkilatında iştirakda, məlumatların qanunsuz istifadəsində və terrorizmin təbliğatında şübhəli bilinir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışların birində Dəniz Yucelin Almaniyanın casusu olduğunu söylədi. Almaniya və Türkiyənin ikili vətəndaşlığına malik olan jurnalistin energetika naziri Berat Albayrakın şəxsi yazışmasından istifadə etdiyi deyilir.

Öz növbəsində Almaniya kansleri Angela Merkel Yuceli azad etməyi və KİV-in azadlığına riayət etməyi istədi. Ancaq vəziyyət dəyişmədi.

Bundan sonra yerli hakimiyyət səviyyəsində Almaniyada türk diasporunun Türkiyə hökumətinin vəzifəli şəxsləri ilə görüşlərinin keçirilməsinə maneələr yaratmağa başladılar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR