Qlomerulonefrit, hematuriya və nefropatiya zamanı

Qlomerulonefrit, hematuriya və nefropatiya zamanı
21:42 13 Mart 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyəsində ağrılar, sidik ifrazı aktının və sidiyin miqdar və rənginin pozulması, ödemlər, başgicəllənmə və baş ağrılarından şikayət edirlər. Bəzi xəstələrdə görmənin pozulması, ürək nahiyəsində ağrı, təngənəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma və hərarətin yüksəlməsi halları narahatlıq yaradır. Bəzən isə xəstəlik uzun illər heç bir narahatlıq yaratmır. Lakin böyrəklərin tədricən büzüşməsi baş verəndə və xroniki böyrək çatışmazlığı əlaməti meydana çıxanda xəstələr həkimə müraciət edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daxili orqanların digər xəstəlikləri kimi, böyrək xəstəlikləri zamanı dərman bitkilərinin tərkibində olan alkoloidlər, qlükozidlər, kumarinlər və furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, üzvü birləşmələr, mineral duzlar və mikroelementlər müalicəvi təsir göstərir. Həmin bitkilər infeksiya əleyhinə mübarizə, iltihabı azaltmaq, ağrını kəsmək, bədəndən suyu çıxarmaqla ödemi azaltmaq, arterial təzyiqi normalaşdırmaq, maddələr mübadiləsini tənzim etmək və immun dəyişikliyinə qarşı mübarizə aparmaq məqsədilə istifadə olunur.

Hərəsindən 15 qram böyrək çayı otu, tozağacı yarpağı, bağayarpağı, boymadərən, gicitkən, pişikdili və gülümbahar çiçəyi, hərəsindən 10 qram razyana, xəşəmbül, meşəçiyələyi otu, şüyüd və cəfəri toxumları, biyan kökü, kəklikotu, yonca gülü, erika çiçəyi, qarğıdalı saçağı və qara qarağat yarpağı bitki yiğımından 1 xörək qaşığı 500 ml suda dəmlənir, qlomerulonefrit zamanı gündə üç dəfə yeməkdən 15 dəqiqə qabaq 150 ml içilir. Yığıntını bir neçə ay qəbul edib bir aylıq fasilədən sonra təkrarlamaq olar.

Hərəsindən 15 qram boymadərən, dazıotu, gicitkən, su bibəri və qaytarma otu, hərəsindən 15 qram nar qabığı, yonca çiçəyi, biyan kökü və 25 qram quşəppəyi bitki yığımından 1 xörək qaşığı 500 ml suda dəmlənir, hematuriya zamanı gündə üç dəfə yeməkdən 15 dəqiqə əvvəl ilıq halda qəbul edilir.

Hərəsindən 20 qram qaragilə yarpağı, lobya qabığı, hərəsindən 15 qram aralia kökü, itburnu meyvəsi, hərəsindən 10 qram qarğıdalı saçağı, dazıotu, çobanyastığı çiçəyi, çəpişotu, xəşəmbül və 5 qram dəfnə yarpağı bitki yığımından 1 xörək qaşığı 500 ml suda dəmlənir, diabetik nefropatiya zamanı şəkərin səviyyəsini tənzimləmək üçün gündə üç dəfə yeməkdən 15 dəqiqə qabaq 150 ml içilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR