"Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib"

"Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib"
22:05 13 Mart 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.  
 
Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən "VX Nerve Agent" adlı maddə olduğu müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR