Bakıda "Mercedes" piyadanı vuraraq öldürdü

Bakıda "Mercedes" piyadanı vuraraq öldürdü
22:19 13 Mart 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olan Məhəmməd Quliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçayın Qarayazı kənd sakini 1956-cı il təvəllüdlü Eyvazov Sədiyar Bulud oğlunu vurub. Sədiyar Eyvazov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.

    

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR