Trampla Merkelin ilk görüşü təxirə salına bilər

Trampla Merkelin ilk görüşü təxirə salına bilər
22:32 13 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş təxirə salına bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Vaşinqtona yaxınlaşan şiddətli qar proqnozu ilə əlaqədardır.

Bu barədə jurnalistlərə məlumat verən Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, hazırda Almaniya tərəfi ilə müvafiq danışıqlar aparılır: "Biz Angela Merkelin səfəri ilə bağlı Almaniya rəsmiləri ilə daim ünsiyyətdəyik. Səfərlə bağlı əlavə məlumat gün ərzində veriləcək".
 
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR