"Fövqəladə bir hadisə olarsa...” - Zaur Svanadze

"Fövqəladə bir hadisə olarsa...” -   Zaur Svanadze
22:37 13 Mart 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

“Asan oyun olmadı. Xüsusən də, ikinci hissə bizim üçün çətin keçdi”. Bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı qəbul edən paytaxt təmsilçisi kapitan Nizami Hacıyevin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssisin qalibiyyət şərhi belə olub: “Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odu ki, qələbə qazandıq. Komandadan razı qaldım. Səlahət Ağayev, Abbas Hüseynov və Slavik Alxasov bu gün oynaya bilmirdilər. Buna baxmayaraq, lazımi qələbəni əldə etdik. İndi “Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq”.

 

- Həm 4, həm də 2-ci yerlə aranızda xal fərqi çoxdu. Mövsümün qalan hissəsinə məqsədiniz nə olacaq?

- Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı. Əlbəttə ki, fövqəladə bir hadisə olarsa, turnir cədvəlində irəliləyərsək, buna sevinərik. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfovqlad-bir-hadis-olarsa-t56900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR