Sağlamlığı dəbə qurban vermək yox, dəbdən qorumaq lazımdır

Sağlamlığı dəbə qurban vermək yox, dəbdən qorumaq lazımdır
22:47 13 Mart 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Geyim həyat tərzinə, sağlamlığa təsir edən məsələlərdən biridir. Lakin təəssüf ki, çox vaxt bəzi gənclər və onların valideynləri ona məhəl qoymadan ya dəblə ayaqlaşmağa çalışır, ya da istədikləri kimi geyinirlər.

Milli.Az bildirir ki, AZƏRTAC-ın müxbiri ilə məxsusi müsahibəsində təcrübəli fizioterapevt, əməkdar həkim Hacıbala Bədəlli deyib: "Azərbaycanda hava və iqlim şəraiti elədir ki, çox vaxt qalın kürk, dəbdəbəli xəz palto geyinməyə o qədər də ehtiyac olmur. Hava çox nadir halda termometrin mənfi şkalasını göstərir. Belə olan halda dəb xatirinə bahalı xəz dərili palto, qalın kürk geyinib onun içində tərləyəndən sonra özünü soyuğa vermək nəyə lazımdır? Yaxud valideyn öz qızına dikdaban ayaqqabı alıb hədiyyə edirsə, əslində onun sağlamlığına çox böyük ziyan vurmuş olur, çünki hündürdaban ayaqqabıda gəzmək qız uşaqlarında damarların genişlənməsinə, çanaq sümüyünün əyilməsinə, gələcəkdə isə doğuş problemlərinə səbəb olur. Yaxud yayda gözü günəş şüalarının zərərli təsirindən qorumaq üçün gün eynəyi taxmağa dəblə ayaqlaşmaq, yaraşıq vasitəsi kimi yanaşmaq düzgün deyil. Görmə qabiliyyətinin təmin olunması üçün göz hava və işıq şüaları ilə daim təmasda olmalıdır. Sintetik şüşələrdən düzəldilmiş eynəklər gözə çox ziyandır. Ona görə eynəyi dəbə uyğunlaşmaq prinsipi ilə deyil, həkim məsləhəti ilə taxmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR