Qəhvə haqqında bilmədiyiniz

Qəhvə mədəniyyəti artıq Azərbaycanda da geniş yayılıb. Paytaxt Bakıda açılan dünyaca məşhur qəhvə brendlərinə məxsus mağazaların müştəri axınına məruz qalması buna sübutdur.

Qəhvə haqqında bilinməyənlər - Sevərək içsək də, haqqında bir o qədər də məlumatlı deyilik. Odur ki, bu gün qəhvə haqqında bilinməyən 8 maraqlı faktı sizinlə bölüşəcəyik:

1. Formasına görə bütün dünyada "qəhvə dənələri" kimi tanınan şey Rubiaceae ailəsinə aid olan bitkinin toxumlarıdır.

2. Espresso fərqli qəhvə növü kimi bilinir. Əslində isə espresso qəhvə hazırlamaq üçün istifadə olunan üsullardan biridir.

3. Tərkibindəki kofein miqdarı 3 faizdən artıq olmayan qəhvələr kofeinsiz qəhvələr hesab olunur.

4. Az yağlı və qaymağı təmizlənmiş süddən hazırlanan qəhvələr məsləhət görülmür. Bilinənin əksinə, kremli və ləzzətli qəhvə hazırlamaq üçün tam yağlı süddən istifadə olunur.

5. Qəhvənin bədəndə su itkisinə səbəb olduğuna dair fikir insanlar arasında geniş yayılıb. Bu kofeinin diuretik (sidik gətirən) təsirindən qaynaqlanır. Əslində isə tərkibində az miqdarda kofein olan qəhvə su itkisinə səbəb olmur.

6. Qəhvənin sağlamlığa heç bir zərəri yoxdur. Əksinə, gündə bir fincan qəhvə içmək Parkinson xəstəliyi, qaraciyər serrozu, şəkər xəstəliyi, hətta kolon xərçənginə yoluxmaq riskini azaldır.

7. Son araşdırmaların nəticələrinə görə, hamiləlik və əmizdirmə periodunda olan qadınlar gündə bir fincan qəhvə içə bilərlər.

8. Qəhvənin yuxusuzluğa səbəb olduğuna dair fikirlər artıq aktuallığını itirib. Belə ki, qəhvə içildikdən cəmi 5 saat sonra kofeinin yarıdan çoxunun bədəndən atıldığı məlum olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR