Alimlər qidalanma ilə iqlim dəyişikliyinin bağlılığını aşkar ediblər

Alimlər qidalanma ilə iqlim dəyişikliyinin bağlılığını aşkar ediblər
23:17 13 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Düzgün qidalanma insanların öz sağlamlıqlarını qorumasına və bir çox xəstəliklərin qarşısını almağa kömək etməklə yanaşı, ətraf mühitin ekoloji vəziyyətinə də təsir edir. ABŞ-ın Kaliforniya-Santa Barbara Universitetinin tədqiqatçılarının yeni araşdırmalarına görə, daha sağlam qidalar istixana qazları emissiyalarını azaldır. Pəhriz saxlamaq iqlim dəyişkənliyinə səbəb olan təsirlərin azaldılması istiqamətində önəmli rol oynaya bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər örnək pəhrizlərdən birinin ABŞ üzərində potensial təsirini təhlil ediblər. Nəticələr "İqlim dəyişikliyi" jurnalında dərc olunub. Araşdırmalar zamanı məlum olub ki, ABŞ-da yaranan istixana qazlarının təxminən 30 faizi qida sistemi ilə əlaqədardır və heyvan mənşəli qidaların təsiri daha çoxdur. Yüksək miqdarda qırmızı və emal edilmiş ət, aşağı səviyyədə meyvə və tərəvəz qəbulu həm əhalinin sağlamlığına, həm də ətraf mühitə ziyan vurur. Daha sağlam qidaların həm insanların səhhətinə, həm də istixana qazları emissiyalarının azaldılmasına müsbət təsir etdiyi, xüsusilə də şəkərli diabet, ürəyin işemik xəstəliyi və mədə-bağırsaq xərçəngi riskini azaltdığı aşkar edilib.

Tədqiqatların nəticəsinə əsasən, daha düzgün qidalanma sadalanan xəstəlikləri 20 faizdən 40 faizə qədər, istixana qaz emissiyalarını isə ildə 222 kiloqram azaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/525546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR