Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 62-ə çatıb

Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 62-ə çatıb
23:27 13 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.
Qeyd edək ki, son məlumatda hadisə zamanı 46 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı xəbər verilirdi. Agentliyin məlumatına görə, hər gün zibilliyin olduğu ərazidə yüzlərlə insan gecələyirmiş. Onlar burada ucuz sığınacaq tapıblar.
Xatırladaq ki, sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efiopiyada-zibil-yigininin-altinda-qalaraq-olenlerin-sayi-62-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR