"İnter" Nizami Hacıyevin vurduğu qolla 3 xal qazandı -

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verildi. Xatırladaq ki, günün ilk matçında "Kəpəz" "Zirə"dən üstün olmuşdu.

Metbuat.az-ın məlumatına görə, bu günə planlaşdırılan ikinci görüşdə "İnter" "Sumqayıt"ı qəbul edib. Nizami Hacıyevin 39-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub. Beləliklə, minimal fərqlə qələbə qazanan "İnter" xallarının sayını 39-a yüksəldib.

Azərbaycan Premyer Liqası

22-ci tur

13 mart (bazar ertəsi)

“İnter” – “Sumqayıt” - 1:0

Qol: Nizami Hacıyev, 39

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

“İnter Arena”

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 6. Samir Zərgərov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 2. Sərtan Taşkın, 88. Məmməd Quliyev, 19. Mirhüseyn Seyidov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 20. Fərhad Qıstarov

Baş məşqçi: Samir Abasov

"İnter" - "Sumqayıt" oyununun videoicmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR