Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hollandiya və Almaniya rəsmilərinə cavabı gecikməyib.
Metbuat.az-ın məlumatına görə, ATV - "A Haber" müştərək yayımında danışan Ərdoğan Hollandiya və Almaniyanın məsələyə münasibətini dəyərləndirərkən Vyana müqaviləsinə istinad edib. Türkiyə prezidenti növbəti dəfə "faşist" və "nasist" ifadələrini işlədib:
"Vyana müqaviləsi deyə bir dərdləri yoxdur. Hamısı ayaqları altındadır.
Onların Vyana müqaviləsi faşistlikləridir. Buna neonasizm - yeni nasist axını deyə bilərik. Onlar üçün Vyana müqaviləsi anlayışı elə bundan ibarətdir".