Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub

Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub
01:07 14 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 14 mart. REPORT.AZ/ Tovuz rayonunda Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Əyyublu kəndindən keçən hissəsində baş verib.
1991-ci il təvəllüdlü Türkiyə vətəndaşı Koluklar Əhməd Məhəmmədəli oğlu idarə etdiyi "TIR" markalı yük avtomobili yolun kənarında saxlayaraq yaxınlıqdakı mağazaya getmək istəyib. Lakin o, yolu keçərkən sürücüsü hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.
Yaralı yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyat edilən Koluklar Əhmədin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-turkiye-vetendasini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR