“Bura casuslar üçün cənnətdir!” - Tramp TƏHLÜKƏDƏ

“Bura casuslar üçün cənnətdir!” - Tramp TƏHLÜKƏDƏ
02:03 14 Mart 2017
246 Dünya
Ölkə mətbuatı
A- A+

“İstirahət günlərini Floridadakı Mar-a-Laqo iqamətgahında keçirmək vərdişi prezident Donald Tramp üçün təhlükəli ola bilər”.

Publika.az xəbər verir ki, bu haqda “Politico” nəşri yazıb.

“Çünki bura casuslar üçün əsl cənnətdir. Floridanın cənubunda yerləşən iqamətgahında yadların mövcudluğu öz-özlüyündə informasiyanın itkisinə gətirib çıxara bilər”, - nəşr ABŞ-ın məxfi xidmətinin keçmiş əməkdaşları və kəşfiyyat təşkilatlarının nümayəndələrinə istinadən iddia edib.

Nəşr qeyd edib ki, xüsusi xidmət orqanları Mar-a-Laqo iqamətgahını əsl qalaya çevirməsinə baxmayaraq, oranın müdafiəsində əhəmiyyətli zəifliklər var. Qeyd edilir ki, lazımı yoxlamalardan keçmədən iqamətgaha keçə bilən təhlükəli qonaqlar xüsusi xidmət orqanları üçün təhlükə təşkil edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR