Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib

Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib
02:37 14 Mart 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib.
"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.
Məlumatda bildirilir ki, Böyük Britaniya parlamenti müvafiq qanun layihəsi qəbul edərək, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı prosedurunu buraxmaq səlahiyyətini baş nazirə verib.
Hökumətin qanun layihəsi yenidən düzəlişlər edilməsi üçün parlamentin yuxarı palatasına daxil olmayıb. Beləliklə, aydan çox davam edən qanunvericilik prosesinə nöqtə qoyulub.
Qanun layihəsinin mətni Britaniya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib və imzalanması kraliça II Yelizavetaya təqdim olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniya-parlamenti-tereza-meye-brexit-prosedurunu-ise-salmaq-selahiyyeti-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR