Ərdoğan: "Ryuttenin Niderlandın sahibi olduğunu deməsi öz xalqına hörmətsizlikdir"

Ərdoğan: "Ryuttenin Niderlandın sahibi olduğunu deməsi öz xalqına hörmətsizlikdir"
03:32 14 Mart 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ "Niderland rəsmiləri deyir ki, bu ölkənin sahibi bizik. Mənim rəsmimin üzərinə çarpaz işarə qoyublar".
"Report"un məlumatına görə, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan "Atv" telekanalına müsahibəsində deyib.
Türkiyənin dövlət başçısı Niderlandın baş naziri Mark Ryutteni demokratiyanın mənasını hələ başa düşməməkdə ittiham edib.
"Mənim ölkəmin sahibi millətdir. Sən demokratiyanı anlaya bilməmisən. Məncə əvvəl demokratiyanı öyrən. Heç bir baş nazir millətin sahibi ola bilməz".
Ərdoğan vurğulayıb ki, ölkələrin sahibi hakimiyyətlər yox, xalqdır: "Demokratiyada ölkələrin sahibi millətdir. Sahibkar mənəm demək, öz millətinə hörmətsizlik etməkdir. Onsuz da bunlarda hörmət yoxdur" – deyə Ərdoğan vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Niderland hakimiyyətindən fərqli olaraq, o və iqtidar komandası Türkiyə xalqının sahibi yox, xidmətçiləridir: "Biz bu ölkədə heç bir zaman sahib olmadıq, əfəndi də olmadıq. Biz siyasi fəaliyyətə başlayanda da dedik ki, bu millətə əfəndi olmağa deyil, xidmətçi olmağa gəldik. Ryutte, bunu öyrən".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-ryuttenin-niderlandin-sahibi-olmasi-demesi-xalqa-hormetsizlikdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR