Polis helikopteri qəzaya uğradı: 4 ölü

Polis helikopteri qəzaya uğradı:  4 ölü
04:14 14 Mart 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada polis helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Mexikali şəhəri yaxınlığında baş verib.

 

İlkin məlumata görə, sükan vinti naqillərə ilişən helikopter yerə düşərək partlayıb.

 

Helikopter dağ ərazisində itkin düşən alpinistin axtarışına cəlb edilibmiş. Onun göyərtəsində iki polis və iki xilasedici olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR