Meksikada helikopter qəzası baş verib: ölənlər var

Meksikada helikopter qəzası baş verib: ölənlər var
04:32 14 Mart 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Meksikada polis helikopteri qəzaya uğrayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Mexikali şəhəri yaxınlığında qeydə alınıb.
Qəza zamanı helikopterdə iki heyət üzvü və iki xilaskar olub. Onların hamısı hadisə zamanı həlak olublar.
Polisin verdiyi məlumata görə, helikopter naqillərə toxunub. Nəticədə pilot ona nəzarəti itirib və helikopter yerə düşərək partlayıb.
Helikopterin xilaskarlıq missiyasını yerinə yetirdiyi bildiirilir. O, yerli dağlarda itmiş qadını axtarmağa gedirmiş.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-helikopter-qezasi-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR