Kürdəmirdə 6 otaqlı ev yandı

04:54 14 Mart 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə fərdi yaşayış evi yanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin Z.Tagiyev kücəsi 13 A ünvanında, 1949- cu il təvəllüdlü Xamış Mirəli oğlu Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri  yanıb.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR