Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib

Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib
06:42 14 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat davam edir.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 7 minədək əməkdaşı iştirak edir.
Diyarbəkir rəhbərliyinin verdiyi xəbərə görə, son sutka ərzində Lise rayonunda terrorçulara kömək etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Eyni zamanda iki yaşayış məntəqəsindəki 8 evdə axtarışlar aparılıb.
Məlumatda həmçinin qeyd olunur ki, martın 5-dən başlayan əməliyyatlarda terrorçuların 19 sığınacağı və 7 obyekti, həmçinin külli miqdarda narkotik maddələri məhv edilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyenin-cenub-serqinde-pkk-terrorcularinin-19-siginacagi-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR