Günün resepti: şəkərbura - FOTO

Günün resepti: şəkərbura - FOTO
07:05 14 Mart 2017
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Novruz bayramı ərəfəsində süfrələrimizin ən əziz şirniyyatı olan şəkərburanın hazırlanma qaydasını təqdim edir.

Xəmir üçün:

1kq un
3 ədəd yumurta sarısı
250 qr kərə yağı
100 qr xama
1 stəkan ilıq süd
1ədəd vanil
duz

Xəmir maya üçün:
 1 çay qaşığı- quru maya
 1 çay qaşığı -şəkər tozu
 1 çay qaşığı-un
  isti su

iç:

qabıqsız fındıq ləpəsi
 şəkər tozu
1 çay qaşığı hil

Hazırlanması:

Xəmirdən əvvəl xəmirmayanı hazırlamaq lazımdır. Belə ki 1/3 stəkan isti suyun içinə maya, un, və şəkər tozunu əlavə edin. Yaxşıca qarışdırıb, ağzını örtün. 5 dəqiqə kənarda saxlayın.

Dərin bir qabda yumurta sarısı ilə kərə yağını yaxşıca qarışdırıb üzərinə süd, duz və vanili əlavə edin. Daha sonra xamanı əlavə edib əvvəlcədən hazırladığınız xəmirmayanı da üzərinə töküb qarışdırmağa davam edin. Başqa tərəfdə dərin qaba 1 kq. un töküb, üzərinə bayaqkı qarışığı əlavə edib xəmir yoğurun. Xəmir yoğuran zaman yanınıza ilıq süd qoyun. Xəmir bərk olarsa, hərdən bir əlinizi südlə isladıb xəmiri yoğurmağa davam edin. Xəmirin üstünü bağlayıb, 1 saat acımağa qoyun.
Xəmir acıyana qədər şəkərburanın içini hazırlamağa başlayın. Belə ki tavanı ocağa qoyub içinə findıq ləpəsini töküb, qabığı soyulana qədər qovurun. Evdə blender varsa, blenderdən,yoxsa sürtgəcdən keçirib üzərinə hil (Həvəngdə mütləq əzin) və şəkər tozunu əlavə edin. İçlik hazırdır.
Yoğrulmuş xəmiri kündələrə ayırın. Hər kündəni oxlovla açıb, kiçik dairələr yayın. Hər birinin arasına bir xörək qaşığı iç qoyub, dairəni aypara şəklində bükün. Kənarlarını barmağınızla bərkidib, bura-bura bükün. Şəkərburaların üstünü maqqaşla bəzəyin. Daha sonra listə yığıb, sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR