Rusiyalı sürücülər hansı sosial şəbəkədən istifadə edir?

Rusiyalı sürücülər hansı sosial şəbəkədən istifadə edir?
07:42 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada "Avtostat" analitik agentliyinin mütəxəssisləri sürücülərin hansı sosial şəbəkədən daha çox istifadə etdiyini araşdırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, agentlik sosial şəbəkələrdən istifadə edən sürücülər arasında sorğu keçirib və onlar arasında populyar olan ilk üçlüyü müəyyən edib.
 
Gözlənildiyi kimi, rusiyalı sürücülər arasında ən populyar sosial şəbəkə "VKontakte"dir. Bu sosial şəbəkədən avtomobilsevərlərin 74,2 faizi istifadə edir. İkinci yerdə 46,7 faizlə "YouTube" gəlir. İlk üçlüyü isə 43,1 faiz göstərici ilə "Odnoklassniki" qapayır.
 
Siyahıya 39 faizlik göstərici ilə "Instagram" və 26,5 faizlik göstərici ilə "Facebook" da daxildir.
 
Tematik "Drive2" avtomobil resursu ancaq 9-cu yerdə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR