İran prezidenti Rusiyaya rəsmi səfər edəcək

İran prezidenti Rusiyaya rəsmi səfər edəcək
07:47 14 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin İranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
"Report"un məlumatına görə, bu barədə "RG" xəbər verib.
Qeyd olunur ki, İran lideri Moskvaya martın 28-də səfər edəcək. Tərəflərin bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.  
Görüş barədə məlumatı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Lakin o, görüşün dəqiq tarixi və müzakirə olunacaq məsələlər barəsində hər hansı açıqlama verməyib. Bununla belə, D.Peskov prezidentlərin görüşünün dəqiq tarixi ilə bağlı açıqlamanın olacağını da qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ran-prezidenti-rusiyaya-resmi-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR