“Chanel” “iPhone” üçün öz emodzilərini yaratdı

“Chanel” “iPhone” üçün öz emodzilərini yaratdı
07:52 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Fransanın məşhur "Chanel" modalar evi "iPhone" smartfonu üçün öz emodziləri tərtib edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda istifadəçilər "App Store"dan mobil cihazlarına yeni smaylikləri yükləyə bilərlər.
 
"Chanel" şirkəti bu işi ilk olaraq görənlərdən deyil. Buna qədər "Kenzo", H&M, "Comme des Garçons Play" kimi brendlər də xüsusi olaraq yaradılmış emodzilər seriyasını təqdim ediblər.
 
"Chanel"in tərtib etdiyi qrafik kommunikasiyaların nümayişi Fransa paytaxtında keçiriləcək yüksək moda həftəsində yer ala bilər. Bu ideoqramalar moda evinin stilistikası və istiqaməti nəzərə alınmaqla hazırlanıb. Onların hər biri tanınma loqotipi ilə təmin edilib. Kolleksiya "Rouge Coco Gloss Sticker" adlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/525448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR