Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verildi

Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verildi
08:12 14 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "TASS" xəbər verib.
Məlumatda bildirilir ki, Böyük Britaniya parlamenti müvafiq qanun layihəsi qəbul edərək, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı prosedurunu buraxmaq səlahiyyətini baş nazirə verib.
Hökumətin qanun layihəsi yenidən düzəlişlər edilməsi üçün parlamentin yuxarı palatasına daxil olmayıb. Beləliklə, aydan çox davam edən qanunvericilik prosesinə nöqtə qoyulub.
Qanun layihəsinin mətni Britaniya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib və imzalanması kraliça II Yelizavetaya təqdim olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR