Müşrik kimə deyilir?

Müşrik kimə deyilir?
08:27 14 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Müşrik - ərəbcə "şirk edən" deməkdir. Yəni Allaha şərik qoşan, hər hansı hadisənin Allahın deyil, başqa bir qüvvənin ixtiyarında olduğuna inanan və Allahdan başqasına ibadət edən adam müşrikdir. Müşrik o adamdır ki, qəsdən Allaha şərik qoşur, səhvi ona izah edildikdə tövbə etmir.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin müşrik anlayışından sui-istifadə etmək düzgün deyil. Təəssüf ki, hal-hazırda bəzi radikal qüvvələr, onların təbliğ etdikləri, əslində isə İslama yabançı olan inanclara etiqad bəsləməyən hər kəsi asanlıqla müşrik adlandırır və qanını halal bilirlər, onu qətlə yetirirlər. Onların fikirncə, radikal düşüncələri bölüşməyən hər kəs müşrikdir və öldürülməlidir. Əlbəttə ki, bu, yanlış mövqedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR