Kanada Latviyaya “kiberdöyüşçülər” göndərəcək

Kanada Latviyaya “kiberdöyüşçülər” göndərəcək
08:32 14 Mart 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kanada Latviyanın kompüter şəbəkələrini Rusiyanın haker hücumlarından qorumaq üçün bu ölkəyə kibertəhlükəsizlik üzrə mütəxəssislər göndərəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, NATO-nun qərarı çərçivəsində Latviyaya Kanada ordusunun bir taborunun göndərilməsi planlaşdırılıb. NATO ehtiyatlanır ki, Moskva haker hücumları və KİV vasitəsilə yerli əhali ilə kanadalı əsgərlər arasında gərginlik yarada bilər. "Biz buna hazır olmalı və Latviyaya güclü müdafiə imkanları ilə getməliyik", - deyə Kanada Silahlı Qüvvələrinin generalı Pol Rzenford bildirib. O qeyd edib ki, Ottava kiberməkandakı hücumları hərbi əməliyyat sayır.
 
Xatırladaq ki, NATO-nun qərarına uyğun olaraq Kanada Latviyada 455 hərbçi, aviasiya qrupu və hərbi gəmi yerləşdirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR