Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub

Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub
08:32 14 Mart 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Əyyublu kəndindən keçən hissəsində baş verib.
1991-ci il təvəllüdlü Türkiyə vətəndaşı Koluklar Məhəmmədəli Əhməd idarə etdiyi "TIR" markalı yük avtomobilini yolun kənarında saxlayaraq yaxınlıqdakı mağazaya getmək istəyib. Lakin o, yolu keçərkən sürücüsü hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.
Yaralı yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyat edilən Koluklar Məhəmmədəli Əhmədin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR