"Avropa ağlını başına yığmalıdır" - Tahsin Ertuğruloğlu

"Avropa ağlını başına yığmalıdır" - Tahsin Ertuğruloğlu
08:42 14 Mart 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyə ilə Hollandiya arasında yaranan siyasi böhrana münasibət bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, nazir ilk öncə Avropa ölkələrinin Almaniyanın başladığı və Hollandiyanın davam etdirdiyi demokratiyaya qarşı xarici tətbiqlərə sükutla yanaşdığını söyləyib.
Xarici işlər naziri vurğulayıb ki, Avropada həddindən artıq güclənən sağçı qüvvələr qitənin təməl dəyərlərinə zərər vururlar. Tahsin Ertuğruloğlu "Avropa ağlını başına yığmalıdır. Bu gedişatın onların özlərinə əsla faydası yoxdur" - deyə bildirib
Türk vətəndaşlarına qarşı polis zorakılığını tənqid edən Ertuğruloğlu baş verənlərə "Avropada Hitler zehniyyəti xortlayıb" - deyə qiymət verib.
O, qeyd edib ki, son günlər Hollandiyada baş verənlər qəbulolunmazdır. Xarici işlər naziri: "Bu günə qədər müasir dünyada belə bir şey görülməyib. Xüsusilə qadın nazirə edilən hərəkətə heç bir şəkildə bəhanə gətirilə bilməz" - deyə əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR