İşlədiyi yerdən gətirdiyi ərzaqları mağazaya ucuz satırsa...

İşlədiyi yerdən gətirdiyi ərzaqları mağazaya ucuz satırsa...
08:57 14 Mart 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir şəxs işlədiyi yerdən gətirdiyi ərzaqları mağazaya nisbətən ucuz qiymətə satırsa, ondan almaq olarmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, bu halda imkan daxilində həmin adamdan ərzağı hansı şərtlərlə gətirdiyini soruşmaq lazımdır. Əgər ərzağın əsil sahibi öz işçisinə maaş əvəzinə və ya hədiyyə olaraq (məsələn bayram payı, mükafat kimi) bu ərzağı bağışlayıbsa, onda işçinin həmin ərzaqdan istədiyi kimi istifadə etməyə haqqı var, onu sata da bilər. Amma əgər işçi ərzağı sahibindən izacə almadan gətiribsə, bu, oğurluq sayılır. Həmçinin, əgər işçinin müdiri ərzağın əsil sahibi deyilsə və özbaşına ərzağı işçiyə bağışlayıbsa, yenə bu ərzaqdan istifadə etmək olmaz. Bu məsələləri aydınlaşdırmaq mümkün deyilsə, o ərzaqdan uzaq durmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR