Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə 6 otaqlı ev yandı
08:58 14 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə fərdi yaşayış evi yanıb.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Z.Tagiyev kücəsi 13 A ünvanında, 1949- cu il təvəllüdlü Xamış Mirəli oğlu Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR