"Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlanıb"

"Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlanıb"
09:12 14 Mart 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Novruz bayramında istirahət günləri üçün Bakıdakı hotel yerləri daha çox xarici, regionlardakı hotellər isə yerli turistlər tərəfindən bron edilib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlanıb. Novruzda Azərbaycanda istirahət edəcək əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları da var.

M.Ağakərimov bildirib ki, Novruzda 9 qeyri-iş günü olmasından istifadə edən Azərbaycan vətəndaşları daha çox regionlardakı hotellərdə dincəlməyə üstünlük veriblər.

Onun sözlərinə görə, əsasən, Şəki, Qəbələ, Qusar, Qubadakı hotellərdə yerlər bronlanıb.

Qeyd edək ki, bu il Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR