“Bakı Elektrik Quraşdırma-2” səhmdarlarına hesabat verəcək

“Bakı Elektrik Quraşdırma-2” səhmdarlarına hesabat verəcək
09:12 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Mayın 7-də, saat 10:00-da “Bakı Elektrik Quraşdırma-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 11 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatının və müəssisənin balansının təsdiqi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakı Elektrik Quraşdırma-2” ASC 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 61 854 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baki-elektrik-qurasdirma-2-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR