Millimizdən imtina edən futbolçu peşman oldu

Millimizdən imtina edən futbolçu peşman oldu
09:27 14 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə I Liqasında çıxış edən "Adana Dəmirspor"un futbolçusu Sercan Kaya milli komandamızda oynamaq istədiyini deyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yerli "Four four two" nəşrinə müsahibə verən oyunçu Azərbaycan yığmasından təklif aldığını və bunu qəbul edəcəyini açıqlayıb.

"Azərbaycan milli komandasından təklif aldım. Anamın atası azəri əsillidi. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Mən də qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Keçmişdə Türkiyə millisinin müxtəlif yaş qruplarında oynadım, əlimdən gələni də etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm", - Kaya bildirib.
 
Qeyd edək ki, 2013-cü ildə "Rizəspor"da çıxış edərkən də millimizdən dəvət aldığını açıqlamış futbolçu o vaxt təklifi qəbul etməmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR