"Ana olmaq istəyirəm, amma..." - Cazibədar aparıcı fikrindən daşındı

"Ana olmaq istəyirəm, amma..." - Cazibədar aparıcı fikrindən daşındı
09:27 14 Mart 2017
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı Burcu Esmersoy Bloomberg HT-də Doğa Rutkayın qonağı olub. Valideynlərinin çox kiçik yaşda boşandığını söyləyən aparıcı bu il evlənmək və ana olmaq istədiyini dilə gətirib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Esmersoy "İllərdir istirahət etmədən çalışdım. Əgər ana olacamsa, uşağım dayəylə deyil, mənimlə birə-bir böyüsün istəyirəm. Həyatımı biriylə birləşdirəcəmsə, uzun illər eyni yastığa baş qoya bildiyim, inandığım və güvəndiyim biri olmalıdır. Boşanacağımı düşünmədən evlilik xəyal edirəm" deyib.

Cazibədar aparıcı daha sonra "Eşq hələ qapımı döyməyib. Həyatın axarına buraxdım. Haqsızlıq, ədalətsizlik və yalan məni hövsələdən çıxarar. Saxta bir üzüm yoxdur. İçim qan ağlayarkən çevrəmə gülüş bəxş edə bilmirəm" şərhini edib.

Xatırladaq ki, Burcu ötən ay "Evlilik çətin məsələdir. Mən bacarmadım. Ailə qurmağı düşünmürəm. Bu fikrim daha öncəki təcrübələrimdən qaynaqlanır" demişdi.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR