Türkiyə vətəndaşını avtomobil vurub - Tovuzda

Türkiyə vətəndaşını avtomobil vurub - Tovuzda
09:29 14 Mart 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralında piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı, TIR yük avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Konuklar Mehmed Ahmed oğlu avtomobildən düşərək yolu keçmək istəyərkən “VAZ 21010” markalı avtomobillə vurulub. Hər iki baldır sümüklərinin sınığı xəsarəti alan Türkiyə vətəndaşı əvvəlcə Tovuz Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR