Kərəm Həsənovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kərəm Həsənovun vətəndaş qəbulunun tarixi dəyişdirilib
09:32 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Ağdam rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Komitədən “Report”a verilən məlumata görə, sədr vətəndaşları martın 29-da qəbul edəcək. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı - (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi - (02020) 5 56 05, (02632) 5 07 65.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/kerem-hesenovun-vetendas-qebulunun-tarixi-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR