Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib

Azərbaycanda yaş baramanın hər kiloqramına görə veriləcək subsidiyanın məbləği müəyyənləşib
09:47 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib.
"Report"un xəbərinə görə, baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb.
Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib.
Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/yas-baramanin-her-kiloqramina-gore-verilen-subsidiyanin-meblegi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR