Mourinyo və Konte arasında gərginlik - VİDEO

Mourinyo və Konte arasında gərginlik -   VİDEO
09:57 14 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində keçirilən “Çelsi” - “Mançester Yunayted” matçında qalmaqal yaşanıb. 


Fanat.Az xəbər verir ki, matçın 40-cı dəqiqəsində hakimin mübahisəli qərarı komandaların baş məşqçiləri arasında gərginliyə səbəb olub.


Qonaqların baş məşqçisi Joze Mourinyo hakimə etiraz edərkən “Çelsi”nin çalışdırıcısı Antonio Konte onun üzərinə yeriyib və məşqçilər arasında söz davası baş verib. Matçın baş hakimi onlara yaxınlaşaraq sakit olmalarını tapşırıb. 


Qeyd edək ki, bu oyunda 1:0 hesabı ilə qalib gələn “Çelsi” yarımfinala yüksəlib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyo-v-konte-arasnda-grginlik-t56903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR