2016-cı ilin 20 iyun tarixində Rusiyanın təşəbbüsü ilə
Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə Serj
Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı razılaşdığı ortaya
çıxıb.
Publika.az xəbər verir ki, Ermənistanın “lragir” saytı
Sarkisyanın Putinin iştirakı ilə keçirilən görüşdə ən azı 2 rayonun
qaytarılacağına dair söz verdiyini yazıb.
“2016-cı ilin 16 mayında Vyana görüşündən qayıdan Sarkisyan özünü
qalib kimi aparırdı. Çünki görüşdə atəşkəsə nəzarət mexanizmlərinin
qurulması ilə bağlı razılıq əldə edilmişdi. Lakin Sankt-Peterburqda
Vladimir Putinin təşəbbüsü ilə keçirilən görüşdə vəziyyət dəyişdi.
Sarkisyan İrəvana qayıdan kimi heç paltarını dəyişmədən Dağlıq
Qarabağa getdi və “aprel müharibəsi”ndə Azərbaycanın qaytardığı
əraziləri qəbul etdi. Həmin vaxt ərazilərin qaytarılması aktual
idi”, - deyə sayt yazıb.
Məqalədə qeyd olunur ki, Sarkisyan Sankt-Peterburqa yola
düşməmişdən öncə Jirayr Sefilyanı (keçmiş Qarabağ döyüşçüsü,
İrəvanda baş verən silahlı qiyamın səbəbkarı) həbs etdi: “Bu, onun
ərazilərin qaytarılmasına razılaşmağa getdiyini təsdiq edirdi. Daha
sonra Sefilyanın tərəfdarları polis alayının binasını tutdular və
qiyam baş verdi. Daxili çaxnaşmalar prezidentlərin üçüncü görüşünün
təxirə düşməsinə səbəb oldu. Halbuki, “Kazan düsturu” variantı
demək olar ki, işə düşürdü və ərazilər qaytarılacaqdı. İyulda isə
bu təhlükə sovuşdu”.
Asif